RU

Millət vəkili Məşhur Məmmədov: “Cənub gəncliyi gələcəyə ümid verir” » AzadMedia.az

Millət
Masallı şəhərində təşkil olunan “II Regional Gənclər Forumu” çərçivəsində keçirilən panel müzakirələrdə millət vəkili Məşhur Məmmədov fəal iştirak edib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunan tədbirdə cənub bölgəsinin 100-dən çox fəal gənci iştirak edib.

Heydər Əliyev Mərkəzində baş tutan “Bizim maraq dairəmiz” adlı paneldə Məşhur Məmmədovla yanaşı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Güləş Federasiyasının vitse-prezidenti, xeyriyyəçi Məşkur Qasımov da çıxış ediblər. Müzakirələr zamanı gənclərin təhsil, peşə və karyera imkanları, müasir texnoloji islahatlar və milli dəyərlər ətrafında dərin fikir mübadiləsi aparılıb.

Millət vəkili Məşhur Məmmədov çıxışı zamanı gənclərin fəallığını, intelektual potensialını və milli dəyərlərə sadiqliyini yüksək qiymətləndirərək qeyd edib: “Cənub gəncliyinin enerjisi və düşüncə tərzi gələcəyə böyük ümid verir. Belə tədbirlər həm də gənclərin ictimai proseslərdə aktivliyini artırır”.

Forum çərçivəsində ASAN İntellektual Mərkəzində keçirilən “Gənclər düşünür” yarışında iştirak edən komandalar da deputat tərəfindən təbrik olunub. Məşhur Məmmədov gənclərlə birbaşa ünsiyyətin önəmini vurğulayaraq bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb. Gənclər millət vəkilinə onları maraqlandıran suallarla müraciət edib, təkliflərini səsləndiriblər.







Избранный
26
1
azadmedia.az

2Источники