Azərbaycanda ötən gün əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.