RU

Tomas Müller: “Futbol oynamaq istəyim yox olmayıb”

35 yaşlı alman veteran hücumçu Tomas Müller “Bayern”dən ayrıldıqdan sonra futbolçu karyerasını bitirməmək qərarına gəlib.

Arena.az “Bayern & Germany“ dərgisinə istinadən məlumat verir ki, veteran futbolçu müvafiq qərarını əsaslandırıb:

“Futbol oynamaq istəyim yox olmayıb, ona görə də mən davam etmək qərarına gəldim. Mən fəaliyyətdə olan futbolçuyam. Mənə, bu idman növünə aid təzyiq xoş gəlir, nəticələr əldə etməyi bəyənirəm. Mənim bədənim buna tab gətirincə, mən müvafiq imkandan yararlanmaq və oynamaq istəyirəm. Hətta daha Avropada və Çempionlar Liqasında oynamayacağıma rəğmən, mənim üçün bu, onsuz da həyəcanlıdır. Mənə gələcək gətirəcək kəsin intizarındayam. MLS? Əlbəttə, mən bu haqda düşünmüşəm. Bu, maraqlı liqadır”, deyə Müller vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə Tomas Müller 25 il ərzində uğurları üçün çalışdığı Almaniya nəhəngi “Bayern”dən ayrılıb.

Tomas Müller “Bayern”in məzunudur. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsində olub və 2009-cu ilin iyul ayından klubun əsas komandasında çıxış edib.

Müller ötən mövsümdə Münhen klubu üçün bütün yarışlarda 49 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 756 oyun, 250 qol, 276 məhsuldar ötürmədən ibarətdir.

Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 13 dəfə Almaniya Bundesliqasının, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin “bundestim”lə DÇ-2014-ün qalibi adını qazanıb.

Müller “Bayern” üçün oyunların sayına görə klubun rekordçusu, vurduğu qolların sayına görə isə ən sərrast üçüncü qolçudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Избранный
36
1
arena.az

10Источники