Transferi 3 gün öncə rəsmiləşən Orxan Əliyev "Uzqyon" forması ilə ilk matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumçu debüt görüşündə qolunu vurmağı bacarıb. O, komandasının ilk qolunu vurub.
"Uzqyon" görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. Onlar Qırğızıstan çempionatında 19 xalla 6-cı yeri tutur.
Qeyd edək ki, O. Əliyev bu yay "Turan Tovuz"dan ayrılaraq Qırğızıstan klubuna qoşulub. Onun müqaviləsinin müddəti 6 aylıqdır.