RU

Səhiyyə çöküb, uşaqlar aclıqdan ölür... FOTO

Medicina saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin Qəzzaya hücumlarından sonra tətbiq etdiyi ağır blokada uşaqları və böyükləri aclığa sürükləyir. Səhiyyə sisteminin çökdüyü, dərman və ərzaq təchizatının dayandırıldığı bölgədə hər gün yeni itkilər bildirilir.

Medicina.az xəbər verir ki, İsrailin 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı başladığı hücumları dinc əhaliyə dağıdıcı təsir göstərib.

Güclü hava bombardmanları, qurudan hücum, infrastrukturun sistematik şəkildə hədəfə alınması, sonra isə tam blokada Qəzzanı tədricən yaşayış üçün yararsız hala salıb.

Səhiyyə müəssisələri, su şəbəkələri, çörəkbişirmə sexləri və yardım karvanları vurulub.

Keçən həftə Qəzzanın ən böyük uşaq xəstəxanasında aclıq və tibbi ləvazimat çatışmazlığı səbəbindən ardıcıl olaraq beş uşaq ölüb.

Qəzzanın şimalındakı Xəstələrin Dostları Xəstəxanasının qidalanma mütəxəssisi Dr. Rana Soboh ölən uşaqların heç birində əvvəldən hər hansı bir xəstəlik olmadığını bildirib:

"Uşaqlar tamamilə yorğundurlar. Aclıqdan ağlaya və ya hərəkət edə bilmirlər. Ölüm gözümüzün qabağında baş verir".

Qəzzada 4 ayda 48 nəfər qida çatışmazlığından ölüb. Onlardan 20-si uşaq, 28-i isə böyük olub.

Qəzza Səhiyyə Nazirliyi təkcə iyul ayında aclıqdan ölən uşaqların sayının 13-ü keçdiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatına görə, regionda 100 mindən çox qadın və uşağın təcili müalicəyə ehtiyacı var.

Bununla belə, xəstəxanalarda zəruri dərmanlar, qida əlavələri və tibbi ləvazimatlar yoxdur.

Doktor Sobohun işlədiyi mərkəzdə uşaqların qidalanma səviyyəsini müəyyən etmək üçün onların qol ölçülərindən istifadə edilir.

Hər gün yüzlərlə körpə gətirilir, ancaq xəstəxanada cəmi 10 çarpayı var. Doktor Soboh qeyd edib ki, 19 uşağın eyni otaqda olduğu vaxtlar olub.

Aclıq böyük uşaqlara da təsir etdiyi üçün xəstəxana indi təkcə 5 yaşınadək uşaqları deyil, 11 və 12 yaşlıları da qəbul edir.

Son məlumatlara görə, ölənlərin sayı 59 676 nəfərə, yaralıların sayı isə 143 965 nəfərə çatıb.

Aygün

Medicina.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
icma.az

2Источники