RU

FHN meşə yanğınlarına qarşı əhalini ehtiyatlı olmağa çağırıb

Fövqəladə Hallar Nazirliyi (FHN) yay mövsümündə meşə və açıq sahələrdə yanğın təhlükəsinin artması ilə bağlı əhaliyə növbəti dəfə xəbərdarlıq edib.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, isti və quru hava şəraiti ilə əlaqədar meşə və meşəətrafı ərazilərə axın artıb. Bu isə ehtiyatsız davranışlar fonunda yanğın riskini yüksəldir.

FHN qeyd edib ki, son illərdə baş verən meşə yanğınlarının əsas səbəbi sadə təhlükəsizlik qaydalarına riayət edilməməsi və vətəndaşların məsuliyyətsizliyidir.

Nazirlik vətəndaşlara yalnız xüsusi ayrılmış yerlərdə tonqal qalamağı, küləkli havada tonqal yandırmamağı, ətrafı təmizləməyi və tonqalı tam söndürmədən ərazini tərk etməməyi tövsiyə edib. Siqaret kötüyü, kibrit və şüşə tullantılarının da yanğın təhlükəsi yaratdığı vurğulanıb.

FHN vətəndaşları təhlükə zamanı 112-yə zəng etməyə çağırıb.

 

Избранный
25
1
anews.az

2Источники