“İnter Mayami” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, MLS təmsilçisi “Atletiko”dan Rodriqo De Paulu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İnsayder Fabrizio Romanonun məlumatına görə, “İnter Mayami” transfer üçün “Atletiko”ya 15 milyon avro ödəyib.
Rodriqo 2021-ci ildən “Atletiko”da çıxış edirdi. O, 187 oyunda 14 qol vurub, 26 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olub.