RU

2032-ci ildə asteroid Ayla toqquşa bilər – alimlərdən ciddi xəbərdarlıq

2032-ci ildə 2024 YR4 adlı asteroidin Ay ilə mümkün toqquşması nəticəsində 100 min tona qədər Ay süxurunun kosmosa yayılacağı gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə CNN telekanalı Kornel Universitetinin alimlərinə istinadla məlumat yayıb.

Alimlərin sözlərinə görə, belə bir toqquşma nəticəsində yaranacaq dağıntılar Yer orbitindəki peyklər və digər kosmik qurğular üçün təhlükə yarada bilər. Hətta on santimetr ölçüsündə olan qalıqlar Ayda yerləşəcək astronavtlar və ya yaşayış moduluna ciddi ziyan vura bilər.

Bildirilir ki, toqquşma bir neçə saniyə ərzində Yerdən adi gözlə görünəcək parlaq parıltıya səbəb ola, Ay səthində isə eni 1 kilometrə çatan nəhəng krater yarada bilər.

Mütəxəssislər hesab edir ki, bu hadisə Ayın son 5 min ildə baş verəcək ən böyük toqquşması ola bilər.

DOĞRU.AZ

Избранный
19
1
dogru.az

2Источники