RU

Komandamız Avropa çempionu oldu -FOTO

17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilib.

Redaktor.az xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının  2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edib.  

Komandamız final mərhələsində güclü Valensiya komandasını 7:2 hesabı ilə məğlub edərək Avropa Universitetləri Futzal Çempionatının qalibi oldu.

Qeyd edək ki, Qasımov Ağaseyid Mirmayıl oğlu çempionatın ən güclü qapıçısı seçilib.

Çempionatın fəxri komandasına komandamızın iki üzvü- oyunçumuz Ağalızadə Xəzər Övsət oğlu və qapıçımız Qasımov Ağaseyid Mirmayıl oğlu daxil edilib.

Komandamızı təbrik edir, uğurlar arzulayırıq.

Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.

2222
Избранный
39
14
redaktor.az

10Источники