RU

İran və “avroüçlük” arasında danışıqlar baş tutub

İranla “avroüçlük” (Böyük Britaniya, Almaniya, Fransa) arasında yeni nüvə danışıqları keçirilib.

Ötən ay İsrail ilə İran arasında baş vermiş 12 günlük müharibədən sonra keçirilən bu ilk görüş İranın İstanbuldakı konsulluğunda baş tutub.

Almaniya, Fransa və Böyük Britaniya sonuncu dəfə bəyan etmişdi ki, danışıqlarda irəliləyiş əldə olunmasa “snapback” mexanizmi (sanksiyaların avtomatik bərpası) vasitəsilə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə bilərlər. Bu mexanizmin müddəti oktyabrda başa çatır. Buna görə də avropalılar avqustun sonunadək razılaşma əldə etməyə çalışırlar. İranda uranın zənginləşdirilməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığın bərpası sahəsində aydın siqnallar verməsi tələb olunur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü görüş barədə açıqlamasında onu “avropalılar üçün reallıq yoxlaması” və “İranın nüvə məsələsi ilə bağlı mövqelərini düzəltmək üçün dəyərli fürsət” adlandırıb.

MənbəTREND
Избранный
46
4
banker.az

6Источники