RU

Putinin köməkçisi: NATO-nun Kalininqradla bağlı planlarından xəbərdarıq

BAKI, 26 iyul. TELEQRAF

"Rusiya Qərbin istənilən təcavüzünə cavab verməyə hazırdır".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, Hərbi Dəniz Qüvvələri Kollegiyasının sədri Nikolay Patruşev deyib.

O bildirib ki, Rusiyanın bütövlüyünə qəsd etməyə cəsarət etsələr, bu, qarşı tərəf üçün fəlakətə səbəb olacaq:

"NATO-nun Kalininqradla bağlı planlarını çoxdan bilirik. Kalininqrad vilayəti Rusiyanın ayrılmaz hissəsidir və ora hər hansı hərbi təcavüz hərbi doktrina və nüvə siyasətində nəzərdə tutulduğu kimi, ixtiyarımızda olan bütün qüvvə və vasitələrdən istifadə etməklə dərhal və sarsıdıcı cavab verəcəyik".

Qeyd edək ki, Kalininqrad Rusiyanın eksklavıdır və Baltik dənizi sahilində, Polşa ilə Litva arasında yerləşir. Sözügedən ərazi rəsmi Moskva üçün strateji əhəmiyyətə malikdir və Avropaya çıxış nöqtələrindən biri hesab edilir.

Избранный
21
teleqraf.com

1Источники