RU

Prezident: Ermənistanın Rusiya ilə yaxın olmaqdan başqa alternativi yoxdur

BAKI, 25 iyul. TELEQRAF

"Ermənistan tarixən Rusiya dövlətinə ən yaxın ölkələrdən biri olub, indi də bir yerdə olmalıdırlar".

Teleqraf xəbər verir ki, bu fikirləri TASS-a müsahibəsində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib.

Abrahamyan hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinlə çox yaxşı münasibətləri olduğunu deməsinə baxmayaraq, reallıq fərqlidir:

"İki ölkə arasında münasibətlər daha da pisləşib. Biz Rusiyanın yanında olmalıyıq, başqa alternativimiz yoxdur. Bundan başqa, vəziyyət elə deyil ki, bizi hər yerdə gözləsinlər, hər yerə dəvət etsinlər. Bizim siyasi razılaşmalarımız, sənədlərimiz var, Ermənistan tarixən Rusiyaya ən yaxın ölkələrdən biridir".

Избранный
31
1
teleqraf.com

2Источники