I Liqada mübarizə aparacaq “Baku Sporting” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Buzovna təmsilçisi Ceyhun Muxtarlı ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Muxtarlı ilə 1 illik müqavilə imzalanıb.
25 yaşlı yarımmüdafiəçinin son klubu “Difai” olub.