Sosial şəbəkələrdə corab satdığı görüntüləri yayıldıqdan sonra diqqət mərkəzinə düşən aktyor Allahverdi Yolçuyev işlə təmin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə aktyor Baku TV-yə açıqlamasında məlumat verib.
"Mənim corab satmağım barədə yayılan görüntülərdən sonra böyük ajiotaj yarandı. Telefonlarım susmadı. Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. İki dəfə zəng etdi, vəziyyətimi soruşdu. Mən də dedim ki, təqaüdüm dərmanlarıma belə çatmır, vəziyyətim ağırdır.
Bundan sonra Musiqili Komediya Teatrına işə bərpa olundum. Artıq aidiyyəti qurumlar mənimlə maraqlanırlar. Corab satmağım isə bir tarix olaraq qaldı" , - deyə aktyor bildirib.
Bizim.Media