RU

Valdas Dambrauskas ehtiyatlı danışdı  

  

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans

Liqasının 2-ci təsnifat mərhələsinin "Petrokub"la səfər matçından

sonra fikirlərini bölüşüb. Litvalı mütəxəssis mətbuat konfransında əvvəlcə

Moldova klubu üzərində 2:0 hesablı qələbəni şərh edib:

"Çox çətin oyun oldu. Rəqib bu oyuna kimi artıq 7 matç keçirmişdi.

Bu oyunlar əsasında onları yaxşı təhlil etmişdik. Yəni rəqibi təhlil etmək üçün

kifayət qədər materialımız var idi. Bura sadəcə müdafiə olunmağa və ya əks-hücumda

şans axtarmağa yox, öz oyun üslubumuzu meydanda göstərmək, oyuna nəzarət etmək

niyyətilə gəlmişdik. Düzdür, oyunda enişli-yoxuşlu anlar oldu, xüsusilə də

birinci hissədə. Bəzən istədiyimizi tam göstərə bilmədik. İkinci hissədə isə,

xüsusilə ilk 5-7 dəqiqədə bir qədər çətinlik yaşadıq. Üzərində işləməli

olduğumuz çox məqam var. Qoldan sonra oyunu çox yaxşı şəkildə bağladıq. Rəqib təzyiq

etməyə çalışsa da, biz topa nəzarət edə bildik, boş oyunçunu tapdıq ki, bu da məhz

komandamın oynamasını istədiyim tərzdir".

Baş məşqçi səfərdə qazanılan qələbənin onları arxayınlaşdırmayacağını

bildirib: "Avropada səfərdə qalib gəlmək çox önəmlidir. Qapımızı

toxunulmaz saxladıq, iki qol vurduq - bu yaxşı nəticədir, amma iş hələ bitməyib.

İki oyundan ibarət cütlükdə heç vaxt hər şey ilk oyunda həll olunmur. İndi geri

qayıdıb, cavab oyununa hazırlaşmalıyıq".

Избранный
20
6
azerbaijan-news.az

10Источники