RU

Putinlə Zelenski arasında görüşlə bağlı razılıq əldə olunub

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ukrayna və Rusiya liderlərinin görüşü ilə bağlı ümumi razılıq əldə olunub.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, tərəflər prezidentlərin Türkiyə ərazisində görüşməsi barədə razılığa gəliblər.  

Fidan bu barədə NTV telekanalına müsahibəsində danışıb və qeyd edib ki, razılaşma İstanbulda keçirilən üçüncü danışıqlar raundu çərçivəsində müzakirə olunub.  Qeyd edək ki, tərəflər arasında bu cür görüş uzun müddətdir gündəmdə olsa da, bu, ilk dəfədir ki, rəsmi şəkildə görüşə razılıq əldə edildiyi açıqlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
2
unikal.az

3Источники