RU

Vəhşicəsinə döyülən modelin anası TƏHDİD EDİLİR “Səni tapacağıq”

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dubayda vəhşicəsinə döyülən ukraynalı model Mariya Kovalçukun anası təhdid dolu mesajlar alıb.

Ölkə.az xəbər verir ki, model bu barədə “Ostorozno Media”ya müsahibəsində bildirib.

Anna Kovalçukun sözlərinə görə, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı çox aqressiv davranıblar.

Qadına "Telegram"da yoxa çıxan mesaj yazıblar. Ona deyiblər ki, çox danışdığınız üçün sizi Norveçdə tapacağıq.

Modelin anası qeyd edib ki, o, güclü qorxu keçirib, yaşlı atasının və ailəsinin durumundan narahat olub.

Anna Kovalçuk bu mesajı göndərməkdə qızı şikəst edənlərdən şübhələnir. Onun sözlərinə görə, bunlar külli miqdarda pula sahib olan və hər şeyi pulla ölçən insanlardır: onlar üçün nə insan var, nə də insanlıq.

Nəşrin həmsöhbəti bildirib ki, bu hadisə ilə bağlı Norveç polisi ilə əlaqə saxlayıb.

Anna onu da əlavə edib ki, Mariyanın xəstəxanada olduğu ilk günlərdə uşağının heç vaxt yeriyə bilməyəcəyindən qorxub:

"Dünyada yeddi saatlıq çətin əməliyyatdan sonra qızımın narkozdan çıxmasını görməkdən qorxulu heçnə yox idi".(publika.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
olke.az

3Источники