RU

Macarıstanın XİN başçısı Avropa Komissiyasını çirkli oyun oynamaqda ittiham etdi

BAKI, 26 iyul. TELEQRAF

Avropa Komissiyası (AK) maliyyələşmədən onun siyasəti ilə razılaşmayan ölkələrə, o cümlədən Macarıstana qarşı təzyiq aləti kimi istifadə edir.

Teleqraf xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

"Avropa Komissiyası çirkli oyun oynayır - onlar adətən ödənişlərə şərtlər əlavə edirlər ki, bu da onlara siyasi cəhətdən xoşlamadıqları ölkələrə və ya hökumətlərə qarşı maliyyə sanksiyaları tətbiq etmək imkanı verir. İndi Macarıstanla belə olur", - diplomat bildirib.

Siyartonun sözlərinə görə, Macarıstan milli maraqlara əsaslanan vətənpərvər, mühafizəkar siyasət yürütdüyünə görə maliyyə sanksiyalarına məruz qalır.

"Brüsselin təzyiq 2010-cu ildə hakimiyyətə gəldiyimiz andan başladı. O zaman aydın oldu: biz liberal meynstrimin bir hissəsi deyilik", - nazir bəyan edib.

O, həmçinin qeyd edib ki, Macarıstan hakimiyyəti AK-nın maraqlarına deyil, öz ölkəsinin və vətəndaşlarının maraqlarına uyğun hərəkət edir.

Избранный
17
teleqraf.com

1Источники