RU

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

Bakı, 26 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir.

AZƏRTAC xəbər verir ki, Müsabiqədə qalib olan BDU məzunları aşağıdakılardır:

Məmməd Balacanov – BDU-da “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisası üzrə magistratura təhsili alıb.

Elnur Məmmədli – BDU-da “Kompüter elmləri” ixtisası üzrə bakalavriat təhsili alıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Qaliblərin adları kadr ehtiyatı bankına daxil olunur, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edirlər.

Избранный
18
2
azertag.az

3Источники