Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında İstanbulda görüş təşkil etmək niyyətindədir.
APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdoğan 25 iyul tarixində keçirdiyi mətbuat konfransında danışıb.
O vurğulayıb ki, Türkiyə bu formatda vasitəçi rolunu oynamağa hazırdır.