Bakı. Trend:
ESPN nəşri XXI əsrin ən yaxşı futbol klublarının reytinqinitəqdim edib.
Trend xəbər verir ki, reytinqaşağıdakı qaydada tərtib olunub:
1. Əvvəlcə komandaların Avropanın aparıcı liqalarındakıçıxışları – oyuna görə orta xal və qol fərqi (müvafiq olaraq 60% və40% çəki ilə) əsas götürülüb.
2. Daha sonra bu göstəricilər hər liqanın son 25 mövsüm üzrəorta Elo reytinqinə əsasən düzəliş edilib – bu da çempionatlarınçətinlik dərəcəsini nəzərə almaq üçündür.
3. Komandalara əlavə xal da verilib – Çempionlar Liqasında:qalibiyyət,finala, yarımfinala, 1/4 finala və 1/8 finala çıxışagörə bonuslar tətbiq edilib.
Yekun reytinqdə daxili turnirlərdəki nəticələrin payı 70%,avrokuboklardakı (xüsusilə Çempionlar Liqası) uğurların payı 30%təşkil edir.
Nəticə olaraq ESPN-in XXI əsrin ən yaxşı komandaları reytinqibelə görünür:
1. "Bavariya" - 2012/13
2. "Barselona" - 2014/15
3. "Real" - 2011/12
4. "Barselona" - 2010/11
5. "Liverpul" - 2018/19
6. "Real" - 2015/16
7. "Bavariya" 2013/14
8. "Barselona" 2012/13
9. "Barselona" 2011/12
10. "Mançester Siti" 2017/18