ain.az, Bakupost portalına istinadən məlumat yayır.
Müğənni Aysel Teymurzadə ilk dəfə övladlarından danışıb.
Bakupost.az xəbər verir ki, sənətçi "Xəzər axşamı"nın bununla bağlı suallarını cavablandırıb.
Aysel bildirib ki, qızlarının səsi gözəldir:
"Artıq övladlarım böyüyüb, balaca olanda çətin idi. Üç uşağım arada 2 il fərqlə dünyaya gəldilər. Onların 12, 10 və 8 yaşı var. Böyüyüblər, indi özümə çox vaxt ayıra bilərəm. Uşaqlarıma həmişə azadlıq vermişəm. İncəsənətə çox meyillidirlər. Qızlarımın yaxşı səsi var. Oxumaq istəsələr onları dəstəkləyəcəyəm. Çünki mənim də valideynlərim məni dəstəkləyiblər".
Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurub. Bir müddət əvvəl cütlüyün ayrılıq xəbəri yayılmışdı. Onlar bununla bağlı heç bir açıqlama verməyib. Onların iki qız, bir oğul övladı var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.