Rusiyalı hərbi müxbir Andrey Filatov qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) ərazisində yerləşən Krasnoarmeysk (Pokrovsk) yaxınlığında itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə onun həmkarı Yuri Kotenok məlumat yayıb.
İlkin ehtimala əsasən Filatov Ukraynaya məxsus FPV tipli pilotsuz uçan aparatla vurulub.
Onun motosikletinin və fotoaparatının tapıldığı bildirilir. Hadisə ilə bağlı rəsmi məlumat yoxdur.
Kotenok yalnız dua etməyə və ən yaxşısına inanmağa çağırıb.