"İnter Mayami"nin ulduz argentinalı hücumçusu Lionel Messi və ispan müdafiəçi Jordi Alba Ulduzlar Oyununu buraxdıqları üçün Əsas Futbol Liqasında (MLS) bir oyunluq cəzalanıblar.
Publika.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, MLS və Meksika çempionatının ulduzları arasında görüş iyulun 23-də baş tutub. Messi və Alba komandaya daxil edilsələr də, iştirakdan imtina ediblər. Onların tibbi səbəbləri olmayıb. Liqa buna görə də hər iki futbolçunu "Sinsinnati" ilə oyundan kənarlaşdırıb.