RU

Ermənistandakı "Metsamor" AES hər an partlaya bilər - XƏBƏRDARLIQ

Ermənistanda Sovet dövründə tikilmiş Metsamor Atom Elektrik Stansiyası ciddi təhlükə yaradır.

Publika.az "Teleqraf"a istinadən xəbər verir ki, seysmik zonada yerləşən Metsamor “saatlı bomba” adlandırılır.

1976-cı ildə açılan və ölkənin elektrik enerjisinin təxminən 40 faizini təmin edən stansiya Ermənistanın paytaxtı İrəvandan cəmi 35 kilometr aralıda yerləşir. Türkiyə sərhədindən 16 kilometr aralıda yerləşən zavod 1988-ci ildə Spitak zəlzələsindən sonra altı il bağlı qalıb və 1995-ci ildə yenidən fəaliyyətə başlayıb.

Cənubi Qafqaz üzrə ekspert Dr.Peter Marko "Tase Daily Mail"-dəki hesabatında zavodun texnoloji cəhətdən köhnəldiyini və iqtisadi çatışmazlıqlar səbəbindən böyük təhlükəsizlik riski yaratdığını vurğulayıb.

"Bu reaktorun fəlakətə səbəb olma riski çox yüksəkdir. Çernobıl kimi partlayış da torpaq, su və havanın çirklənməsinə səbəb ola bilər ki, bunun da təsiri illərlə Avropa səmasında hiss oluna bilər", - Tase deyib.

Избранный
49
publika.az

1Источники