RU

Almaniya, Fransa və Böyük Britaniya İranla yeni nüvə danışıqlarına başlayıb

Almaniya, Fransa və Böyük Britaniya (E3 ölkələri) İranla yeni nüvə danışıqlarına başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ötən ay İsrail ilə İran arasında baş vermiş 12 günlük müharibədən sonra keçirilən bu ilk görüş İranın İstanbuldakı konsulluğunda baş tutub.

E3 ölkələri sonuncu dəfə bəyan etmişdi ki, danışıqlarda irəliləyiş əldə olunmasa “snapback” mexanizmi (sanksiyaların avtomatik bərpası) vasitəsilə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə bilərlər. Bu mexanizmin müddəti oktyabrda başa çatır. Buna görə də avropalılar avqustun sonunadək razılaşma əldə etməyə çalışırlar. İranda uranın zənginləşdirilməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığın bərpası sahəsində aydın siqnallar verməsi tələb olunur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü görüş barədə açıqlamasında onu “avropalılar üçün reallıq yoxlaması” və “İranın nüvə məsələsi ilə bağlı mövqelərini düzəltmək üçün dəyərli fürsət” adlandırıb.

Избранный
42
3
sia.az

6Источники