Argentina milli komandasının üzvü Rodriqo De Paul karyerasını "İnter Mayami"də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, o, "Atletiko" ilə vidalaşıb və yarımmüdafiəçinin MLS klubuna transferi rəsmən açıqlanıb.
Müqavilə 4 illik nəzərdə tutulub, "Atletiko" bu keçid üçün 15 milyon avro qazanacaq.
31 yaşlı dünya çempionu 2021-2025-ci illərdə Madrid klubunun formasını geyinib.
Qeyd edək ki, "İnter Mayami" Leo Messinin komanda yoldaşları olmuş Luis Suarez, Jordi Alba, Serxio Buskets, Xavyer Maskerano kimi ulduzları da daha öncə transfer etmişdi.