Bakı. Trend:
İranla “avroüçlük” (Böyük Britaniya, Almaniya, Fransa) arasındayeni nüvə danışıqları keçirilib.
Trend “Spiegel”qəzetinə istinadla xəbər verir ki, ötən ay İsrail ilə İran arasındabaş vermiş 12 günlük müharibədən sonra keçirilən bu ilk görüşİranın İstanbuldakı konsulluğunda baş tutub.
Almaniya, Fransa və Böyük Britaniya sonuncu dəfə bəyan etmişdiki, danışıqlarda irəliləyiş əldə olunmasa “snapback” mexanizmi(sanksiyaların avtomatik bərpası) vasitəsilə BMT-nin İrana qarşısanksiyalarını bərpa edə bilərlər. Bu mexanizmin müddəti oktyabrdabaşa çatır. Buna görə də avropalılar avqustun sonunadək razılaşmaəldə etməyə çalışırlar. İranda uranın zənginləşdirilməsi vəBeynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığın bərpasısahəsində aydın siqnallar verməsi tələb olunur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü görüş barədəaçıqlamasında onu “avropalılar üçün reallıq yoxlaması” və “İranınnüvə məsələsi ilə bağlı mövqelərini düzəltmək üçün dəyərli fürsət”adlandırıb.