RU

Messi diskvalifikasiya edildi

"İnter Mayami"nin ulduzu argentinalı hücumçu Lionel Messi, ispan müdafiəçi Jordi Alba ilə birlikdə Ulduzlar matçını buraxdığı üçün MLS-də bir oyunluq cəzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

MLS və Meksika çempionatının ulduzları arasında görüş iyulun 23-də baş tutub. Messi və Alba azarkeşlərin səsi sayəsində komandaya daxil edilsə də, iştirakdan imtina ediblər. Futbolçuların tibbi səbəbləri olmadığından buna görə liqa onları Cincinnati ilə oyundan kənarlaşdırıb.

Messi MLS-də keçirdiyi son yeddi matçda altı dubl edib. 10 iyul 2025-ci ildə argentinalı MLS tarixində ardıcıl ən azı dörd matçda dubl edən ilk oyunçu oldu.

Избранный
38
unikal.az

1Источники