RU

Rusların yeganə təyyarədaşıyan gəmisi “metallom”a verilir...

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

VTB rəhbəri Putinin yeganə təyyarədaşıyan gəmisi olan “Admiral Kuznetsov” kreyserini istismardan çıxarılmasını elan edib...

Rusiya donanmasının yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov” kreyseri 2018-ci ildən bəri davam edən təmir işləri başa çatana qədər istismardan çıxarıla bilər.

SİA-nın məlumatına görə, bunu VTB-nin baş direktoru Andrey Kostin bildirib.

...Biz hesab edirik ki, artıq onu təmir etməyin mənası yoxdur. Onun artıq 40 yaşı var və o, həddindən artıq bahalı əşyadır... Düşünürəm ki, məsələ ya satılacaq, ya da məhv ediləcəyi mənasında həll olunacaq

Bunu deyən Kostin qeyd edib ki, kreyser "artıq sökülməyə başlayıb".

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Birləşmiş Gəmiqayırma Korporasiyasında (USC) dövlət payını banka ötürərək Rusiya donanmasının tikintisini VTB-yə həvalə edib.

...“İzvestiya”nın mənbəsi daha əvvəl xəbər vermişdi ki, Rusiya Müdafiə Nazirliyi admiral “Admiral Kuznetsov”u bərpa etməkdən imtina edə bilər.

O qeyd edib ki, gəminin təmiri və modernləşdirilməsi dayandırılıb və onun gələcək taleyi ilə bağlı məsələni USC və Hərbi Dəniz Qüvvələrinin Baş Komandanlığı həll etməlidir.

Xatırladaq ki, “Admiral Kuznetsov” kreyseri iri yerüstü hədəfləri məhv etmək, dəniz birləşmələrini düşmən hücumlarından qorumaq və desant əməliyyatlarını dəstəkləmək üçün nəzərdə tutulub.

Gəmi 28 təyyarə və 24 helikopter qəbul edə bilir. Təyyarədaşıyan Suriyadakı yaraqlıların hədəflərinə zərbələr endirdiyi Aralıq dənizindəki missiyadan qayıdarkən təmir edilib.

İlkin olaraq gəminin yenidən qurulması 20 milyard rubl dəyərində qiymətləndirilirdi.

Kreyserin 2022-ci ildə Hərbi Dəniz Qüvvələrinə dönəcəyi gözlənilirdi, lakin təmirin başa çatma tarixi bir neçə dəfə təxirə salınıb.

...TASS-dakı mənbə daha əvvəl bildirmişdi ki, təyyarədaşıyan gəmilərin istismar müddəti 20 il uzadıla bilər.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
sia.az

2Источники