18 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması bu gün Avropa Çempionatı B divizionunda ilk qrup oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, milli komandamız ev sahibi Rumıniya seçməsi ilə üz-üzə gəlib. Bu görüş komandamızın 34:60 hesablı məğlubiyyəti ilə (7:25; 12:10; 7:16; 8:9) yekunlaşıb.

Qeyd edək ki, yığmamızın növbəti oyunu iyulun 26-sı saat 21:30-da Ukrayna yığmasına qarşı olacaq.