RU

Kürdan istifadəsi xəstəlik əlaməti OLA BİLƏR

Yemək sonrası diş arasındakı qalıqları təmizləmək üçün kürdan istifadəsi çoxlarına adi görünə bilər. Ancaq stomatoloqlar xəbərdarlıq edir: daimi kürdan ehtiyacı ağız boşluğunda ciddi xəstəliklərin göstəricisi ola bilər.

News24.az xəbər verir ki, ütəxəssislərə görə, sağlam diş və diş ətləri olan şəxslər üçün yeməkdən sonra ağızı çalxalamaq kifayətdir. Əgər daim diş arasında qida qalığı qalırsa və kürdansız narahatlıq yaranırsa, bu, diş çürüyü, diş əti xəstəlikləri və ya dolğu qırılması kimi problemin əlaməti ola bilər.

Kürdanın təhlükəli nəticələrindən biri də “periodontal cib” adlanan boşluqların yaranmasıdır. Diş ətinə kürdanla müdaxilə etmək orada iltihab yarada bilər. Zamanla bu iltihab daha da dərinləşərək dişin zəifləməsinə, hətta tökülməsinə səbəb ola bilər.

Üstəlik, steril olmayan kürdanlarla ağızda açıq yara sahəsinə toxunmaq infeksiyalara və stomatitə yol aça bilər. Mütəxəssislər kürdan əvəzinə diş ipi və ya arayüz fırçası kimi tibbi vasitələrin istifadə olunmasını tövsiyə edirlər.

Əgər hər yeməkdən sonra kürdan istifadə edirsinizsə, bunu adi vərdiş kimi deyil, stomatoloqa müraciət etmə səbəbi kimi qəbul edin. Bu sadə vərdiş, diş sağlamlığınız üçün böyük təhlükə yarada bilər.

Xeyrənsə Piriyeva

Избранный
31
1
news24.az

2Источники