RU

Suriya, ABŞ və Fransa bu məsələdə razılığa gəldi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Suriya Ərəb Respublikası, Fransa Respublikası və Amerika Birləşmiş Ştatları Suriyada sabitliyin bərpasına dair birgə bəyanat yayıblar. 

Globalinfo.az xəbər verir ki, Parisdə keçirilən yüksək səviyyəli görüşdə tərəflər Suriyada siyasi keçidə dəstək, ərazi bütövlüyünün qorunması və terrorizmlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Görüşdə Suriyanın xarici işlər və diaspor naziri Əsəd Həsən Əl-Şeybani, Fransanın xarici işlər naziri Jan Noel Barro və ABŞ-ın Türkiyədəki səfiri və Suriyaya xüsusi elçisi Tomas Barrak iştirak ediblər.

Tərəflər vurğulayıblar ki, Suriyada davamlı sülh və sabitliyin bərpası üçün dialoq və gərginliyin azaldılması əsas prioritet olaraq qalır.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
globalinfo.az

1Источники