RU

“Qərb Rusiyanın şərtlərini qəbul etsə, Ukrayna münaqişəsi həll oluna bilər” Mearsheimer

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ və Avropa ölkələri Rusiyanın irəli sürdüyü şərtlərlə razılaşarsa, Ukraynadakı müharibə tezliklə sona çata bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Çikaqo Universitetinin professoru tanınmış beynəlxalq münasibətlər eksperti Con Mearsheimer açıqlama verib.

Onun sözlərinə görə, döyüşlərin dayandırılması üçün əsas yol sülh sazişinin bağlanmasından keçir. Professor qeyd edir ki, Moskva bu istiqamətdə konkret tələblər irəli sürüb və həmin şərtlərin əsas müddəaları müzakirəyə açıq deyil:

“Sülh sazişinin bağlanması məsələsi çox sadədir. Ruslar bir sıra şərtlər irəli sürüblər və onlar, ən azı, sazişin əsas müddəaları baxımından müzakirəyə tabe deyil. ABŞ və Avropa isə sadəcə olaraq bu şərtləri qəbul etməkdən imtina edirlər”.

Ekspert vurğulayıb ki, Qərb ölkələri mütəmadi olaraq dərhal atəşkəsin zəruriliyindən danışsalar da, Rusiyanın uzun müddətdir döyüşləri dayandırmazdan əvvəl konkret və məntiqli sülh razılaşmasına ehtiyac olduğunu bildirməsinə məhəl qoymurlar.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
54
globalinfo.az

1Источники