Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, güclü leysan yağışları İrəvan şəhərində ciddi fəsadlara səbəb olub.
Şəhərin bir çox küçələri su altında qalıb, avtomobillər hərəkət edə bilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə maşınların suyun içində ilişib qaldığı, bəzi sürücülərin nəqliyyat vasitələrini tərk edərək piyada xilas olmağa çalışdığı əks olunub.
Yerə düşən yağıntının miqdarı qısa müddətdə normanı xeyli üstələyib. Hazırda şəhər kommunal xidmətləri küçələrdə yığılan suyu çəkmək və nəqliyyatın hərəkətini bərpa etmək üçün işlərə başlayıb.
Ermənistanın Hidrometeorologiya İdarəsi yaxın saatlarda da İrəvanda yağışların davam edəcəyini bildirib. /musavat.com/
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.