RU

Premyer Liqa klubu Sterlinqi istəyir maaşının azaldılmasına razı olmalıdır

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Fulhem” Rahim Sterlinqlə maraqlanır.

Sportal.az xəbər verir ki, jurnalist Ben Ceykobzun məlumatına görə, London klubu “Çelsi”nin vingerinin transferini mümkün variant kimi nəzərdən keçirir.

“Çelsi” futbolçunu daimi əsaslarla satmağa üstünlük verir, lakin bunun üçün Sterlinq maaşının azaldılmasına razı olmalıdır, əks halda transfer baş tutmaya bilər.

Bundan əlavə, bu həftə 30 yaşlı futbolçu “Napoli”yə də təklif olunub.

Qeyd edək ki, keçən mövsüm Rahim Sterlinq “Arsenal”da icarə əsasında çıxış edib. O, Premyer Liqada keçirdiyi 17 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
63
1
sportal.az

3Источники