Saltıkov-Şedrinin Rusiya haqqında dediyi “yenə də oğurlayırlar, yenə də içirlər” məşhur kəlamını erməni xarakterinə transfer edib dəyərləndirsək , təxminən belə demək olar: “yenə də əzabkeş obrazındadırlar, yenə də qul olub ağa axtarırlar, yenə də alət olmaq üçün yalvarırlar”. ABŞ Konqresinin Nümayəndələr Palatasının 87 üzvünün Qarabağ ermənilərinin Qarabağa qaytarılması haqqında bəyanatla çıxış etməsinə ermənilərin reaksiyası bir daha sübut edir ki, yüz illər keçsə də erməni mahiyyətcə nökərdir, ağa axtarır, tökdüyü də timsahın göz yaşlarıdır. ABŞ administrasiyasına ünvanlanan müraciətdə Qarabağ ermənilərinin “kollektiv, təhlükəsiz, zəmanətli” dönüşünü təmin etmək üçün kəskin tədbirlər görməyə çağırışını ermənilər “Nəhayət-ki...” sevinci ilə qarşılayıblar. Boğulanın saman çöpündən yapışması məntiqi aydındır, amma Qarabağdan rədd olan erməni “boğulan” yox, artıq boğulub öləndir və ölənin hansısa çağırışla dirilməsinə inanmaq, Şeyx Nəsrullahın ölü diriltməsi kimi bir şeydir.
Ermənilər sevinclə yeni “ diplomatik, siyasi və hüquqi” imkanların yarandığını, “Bakının cəzalanacağını” vurğulayırlar. Qərbdəki erməni lobbisinin, konkret olaraq Koçaryan dövrünün XİN rəhbəri olmuş, insultdan sonra sir-sifəti əyilib adam görkəmindən çıxan Vardan Oskanyanın iki ay əvvəl İsveçrədə başlatdığı və heç bir real nəticə əldə edə bilmədiyi konfransa əsaslanan ABŞ Konqresindəki ermənipərəst senatorların da cəhdi boşa çıxır. Dünya siyasətinin hədəfində “erməni məsələsi” yoxdur, müzakirə olunmur.
Amma, ermənilər həmişə olduğu kimi dünyaya nə etməli olduqlarını öyrətmək iddiasındadırlar. Azərbaycan məmurlarına, hərbiçilərinə, biznesmenlərinə sanksiya tətbiq edilməsini tövsiyyə etməklə yanaşı, ABŞ-nin Azərbaycanla hərbi əməkdaşlığına son verilməsini də məsləhət görürlər. Arada ABŞ prezidenti Donald Trampın Azərbaycana olan münasibətindən narahatlıq keçirdiklərini də etiraf edirlər.
Bir Konqres bəyanatından qol-qanad açan ermənilər dünya diplomatiyasına meydan oxumaqdan belə çəkinmədən, Ararat Mirzoyandan absurd addımlar atmağı tələb edirlər. Onların ağlınca Ermənistan XİN işğaldan sonra Şuşaya , Xankəndinə səfər edən xarici siyasətçiləri, jurnalistləri, ekspertləri persona-non qrata elan etməlidir. Ermənilərin kəm düşüncəsinə görə sonuncu dəfə Xankəndinə gəlmiş 11 dövlət və hökümət başçıları da bu siyahının içərisində olmalıdır.
Konqresin dəstəyini hələlik “başlanğıc” hesab edən ermənilər qarşıda uzun bir mübarizənin dayandığına işarə edərək, faktiki revanşist qüvvələri yenidən anti Azərbaycan mübarizəsinə səsləyir. Biz bu “mübarizə”nin arxasında kilsənin təşkilatçılığı ilə terrorun, sui-qəsdlərin, qətliamların olduğuna tarix boyu şahid olmuşuq.
Ermənilərin “ağa axtarışının” Qərb və Rusiya arasında ziqzaqlı manevrlərlə müşahidə olunması, həm ABŞ Konqresində, həm də Rusiyanın Altay çöllərində görüşləri bir daha göstərir ki, bu toplumun bütün zümrələrdə təmsil olunanlarına etimad göstərmək mümkün deyil. Kilsə üçün, “Daşnaksyutun” partiyası üçün, diaspora üçün Qarabağ məsələsi bitməyib və hər fürsəti dəyərləndirməyə çalışırlar. Faşist Qaregin Njdenin “bir günümüz türklərlə mübarizəsiz olmamalıdır”şüarını Kütləvi İnformasiya Vasitələrinin başlığında yerləşdirən bir millətə güvənib yarımçıq sülh müqaviləsi bağlamaq gələcəkdə problemə çevrilməsə də, növbəti mübahisə predmeti olacağına şübhə qalmır.
Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlikdən, hətta Paşinyan da tələsik yararlanmaq məqsədilə, necə deyərlər, iki daşın arasında Mişustinlə görüşmək üçün Altaya səfər edərək, guya ekologiya sammitinə qatılıb. Bu səfərdə Paşinyanı ən son maraqlandıran ekologiya məsələləridir. Putin tərəfindən hələlik qəbul olunmayan Ermənistan baş naziri Altayda təntənəli qarşılanıb. Elə gəldiyi gün Paşinyan Rusiyaya söz verib ki, Zəngəzur dəhlizinin ABŞ-ya icarə verilməsindən vaz keçib və xahişi də bu olub ki, Rusiya daxildə onun hakimiyyətinə qarşı təzyiqləri dayandırılsın. Bu sövdələşmənin sonunda hər iki dövlətin hədəfi Azərbaycan ola bilərmi? Sual işlətmədən də demək olar ki, zatən hər zaman hər ikisinin hədəfi Azərbaycan olub və bu gün də elədir.
Bu prosesi yazmaqda məqsəd hər hansı bir həyəcan və təhlükə haqqında deyil, sadəcə ehtiyatlı olmağı və zəruri tədbirlərin qabaqcadan görülməsini diqqətə çatdırmaqdır. Keçən əsrin 80-ci illərinin sonunda erməni sparatizmi haqqında xəbərdarlıqlar edilməsinə baxmayaraq arxayın olub zəruri tədbirlərin görülməməsinin necə ağır nəticələrə gətirib çıxardığının şahidi olduğum üçün ehtiyatlı olmağı vacib amil hesab edirəm. Bu ehtiyatlılıq erməni faktorundan deyil, onu vassal hesab edən şimal qonşumuzdan-Kremldən qaynaqlanır. O Kreml ki, məmurunun Şuşa forumunda iştirakına, verdiyi sualına tab gətirməyib işdən qovur. İndiki gərgin münasibətlərin fonunda ağa-nökər tandeminin işartıları açıq görünür. Necə deyərlər, qonşularımız bəlli, yolumuz bəlli.
İlham İsmayıl