RU

Rusiya qoşunları Ukrayna müdafiəsini yardı: Şəhərin kənarında şiddətli döyüşlər gedir

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığında Ukrayna ordusunun müdafiə xəttini yardığını və artıq şəhər ətrafında döyüşlərin getdiyini bildirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Rusiya ordusunun bölmələri cənubdan Perşe Travnya kəndi istiqamətindən Pokrovska doğru irəliləyiblər. Eyni zamanda təxribat və kəşfiyyat qrupları Ukraynanın arxa cəbhəsində aktivlik göstərərək strateji əhəmiyyətə malik dəmir yolu stansiyasının ərazisində Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətini pozmağa çalışırlar.

Bu məlumatlar Ukrayna mənbələri tərəfindən də qismən təsdiqlənib. Bildirilir ki, 15-ci motoatıcı briqada cənub cəbhəsində uğurla irəliləyir. Zaxarçenko adına 5-ci qvardiya briqadası isə şimaldan hücumu davam etdirərək Novoekonomiçeskoe kəndini nəzarətə götürüb.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
globalinfo.az

1Источники