RU

Hindistanda məktəbin damı uçdu, 7 şagird öldü

ain.az, 525.az portalına istinadən məlumat verir.

Hindistanda məktəblərdən birinin damının və divarının bir hissəsinin uçması nəticəsində 7 şagird ölüb, 26-ı yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün Racastxan ştatının Calavar rayonunda baş verib.

Hadisə vaxtı məktəbdə ümumilikdə 60 şagird olub. Yaralılar Calavarda müxtəlif xəstəxanalara yerləşdirib.

Hindistanın baş naziri Narendra Modi qəzanı faciə adlandırıb və dünyasını dəyişən şagirdlərin ailələrinə başsağlığı verib.

Yeri gəlmişkən, ölkədə, əsasən də kəndlərdə dövlət məktəblərinin vəziyyəti ürəkaçan deyil. Bir çox təhsil ocaqlarında su, istilik təchizatı yox dərəcəsindədir, təmirə ciddi ehtiyac var. 

Qeyd edək ki, qəza baş verən məktəbdə də vəziyyət acınacaqlı imiş. Valideynlər müvafiq orqanlara dəfələrlə bu barədə müraciət etsələr də, nəticəsi olmayıb. Üstəlik, son günlər davam edən intensiv yağışlar faciənin baş verməsinə "yardım" edib.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
525.az

1Источники