RU

Şeyma Subaşının sevgisi bitdi – Braziliyalı model ilə yollar ayrıldı

Türkiyəli fenomen və iş xanımı Şeyma Subaşının braziliyalı model Marlon Teixeira ilə münasibəti yenidən gündəmə gəlib.

Editor.az xəbər verir ki, cütlüyün bir-birini “Instagram”da izləmədən çıxarması ayrılıq iddialarını gücləndirib.

Daha əvvəl iki dəfə ailə həyatı quran və şəxsi həyatı ilə tez-tez medianın diqqətində olan Subaşı, bir müddətdir Teixeira ilə yaşadığı münasibəti “Ruhum evlidir. O insanla evliyəm” sözləri ilə ifadə etmişdi. Lakin görünür, bu sevgi də uzunömürlü olmayıb.

Subaşı tərəfdən rəsmi açıqlama verilməsə də, sosial şəbəkələrdə izləyiciləri “yenəmi?” kimi şərhlərlə münasibətə reaksiya bildiriblər.

//Samir Qurbanov, Editor.az

Избранный
29
editor.az

1Источники