Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1988-ci il təvəllüdlü C.Qasımov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
İlkin məlumata əsasən, o, küçədə sevgilisi tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.