RU

Bir gün yadplanetlilər peyda olsa, bəşəriyyət ilk növbədə nə edəcək?

Günün birində kosmosda başqa bir sivilizasiyanın izlərini tapsaq və ya bu sivilizasiya peyda olub bizə "salam" desə, NASA-nın bu kosmik "qardaşlarımız"la əlaqə yaratmaq üçün planı varmı? Bir müddətdir ki, çoxlu alim NASA-ya məhz bu sualı verir.

HİT.az xəbər verir ki, SETI (Yerdənkənar Zəka Axtarışı) öz fəaliyyətini davam etdirərkən, astronomlar hədəfə çatsaq nə olacağını hələ heç kəs bilmir. Bu kəşf demək olar ki, hamı üçün dərin təsirlər yaradacaq və kosmosa, hətta özümüzə baxışımızı dəyişəcək. Buna görə də, NASA da daxil olmaqla tədqiqatçılar, kainatın başqa yerlərində həyat əlamətləri tapsaq Yerdə nələrin baş verə biləcəyini proqnozlaşdırmağa çalışırlar.

Əslində NASA alimləri 2021-ci ildə dərc olunmuş məqalədə belə bir hadisəyə hazırlıqlı olmağımızın vacibliyini qeyd etmişdilər. Bu qrupa görə, yer üzündə yalnış müsbət nəticələr təqdim etmək (yəni, gəlmə həyatı tapdığımıza inanmaq) və ya dəlillərin qeyri-müəyyən olması elmə olan inamı sarsıda bilər. Buna görə də belə bir kəşfin elan edilməsi üçün heç bir şübhə yerə qoymamaq vacibdir.

Beynəlxalq Astronavtika Akademiyası əvvəllər yad planetli zəkasının kəşfi ilə bağlı — ilk müşahidədən ictimaiyyətə açıqlanmasınadək necə hərəkət edilməsi barədə plan hazırlamağa çalışmışdı. "Yerdənkənar Zəkanın Aşkar Edilməsindən Sonrakı Fəaliyyətlərə Dair Prinsiplər Bəyannaməsi" sənədində həyat axtaran astronomlar bir sıra addımlar üzrə razılığa gəlmişdilər.

Buna görə, gəlmə siqnalı müşahidə edildikdə ilk addım onun başqa izahlarının olub-olmadığını yoxlamaqdır. Komandalar digər maraqlı tərəflərlə və ya siqnalı müstəqil müşahidə edib səbəbini müəyyən etməyə kömək edə biləcək astronomlarla əlaqə saxlamalıdır.

Lakin alimlər 80-ci illərdə hazırlanmış bu protokolların artıq yenilənməsi lazım olduğunu vurğulayırlar. Buna görə NASA gəlmə varlıqlarla əlaqə yaratmaq baxımından unikal mövqeyə malikdir və bu məsuliyyətinin şüurunda olaraq yenidən protokollar hazırlamaq məcburiyyətindədir.

Samir
 

Избранный
36
hit.az

1Источники