RU

CNN: Rusiya “Alabuqa” zavodunda “Şahed” istehsalını kəskin şəkildə sürətləndirib

ABŞ-ın CNN telekanalının məlumatına görə, Rusiya İran istehsalı olan “Şahed” tipli kamikadze dronlarının istehsalını Tatarıstandakı xüsusi iqtisadi zona – “Alabuqa” zavodunda sürətlə artırıb.

Mənbənin bildirdiyinə görə, zavodda istehsal fəaliyyəti nəzərəçarpacaq dərəcədə gücləndirilib. Peyk görüntüləri və analitik məlumatlar bu prosesi təsdiqləyir. Zavodun ərazisində genişlənmə işləri aparılır, işçi qüvvəsinin sayı artırılır və mütəmadi olaraq yükdaşımalar həyata keçirilir.

CNN iddia edir ki, Moskva beynəlxalq sanksiyaları və texnoloji məhdudiyyətləri aşaraq, ayda yüzlərlə “Şahed” dronu istehsal etməyi planlaşdırır. İstehsalda əsasən xarici – xüsusilə Qərb mənşəli – komponentlərdən istifadə olunduğu vurğulanır.

Hərbi ekspertlər hesab edirlər ki, Rusiyanın “Şahed” dronlarını öz ərazisində kütləvi şəkildə istehsal etməyə başlaması Ukraynada gedən müharibənin gedişatına ciddi təsir göstərə bilər.

//Samir Qurbanov, Editor.az

Избранный
14
editor.az

1Источники