Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində keçirilən 32-ci Ümumdünya Yay Universitet Oyunlarının fərdi yarışlarını cüdo millimiz bir medalla başa vurub.
Rekord.az xəbər verir ki, -90 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev Universiadanın gümüş medalını qazanıb.
Sabah qarışıq komanda yarışında iştirak edəcək yığmamız 1/16 finalda Ekvadorla qarşılaşacaq.