"Kəpəz" klubu futbolçusunu icarəyə göndərib. 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Nemət Musayevi "Difai" klubuna göndərib. 23 yaşlı müdafiəçi 2025-26 mövsümünün sonuna kimi I Liqa təmsilçisində oynayacaq.

Xatırladaq ki, "Kəpəz" daha öncə Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko,  Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynov ilə yollarını ayırıb.