İlqar Hüseynov: "Xankəndidə keçirilən ECO (İƏT) sammitinə Qərbin müdaxiləsindən danışmaq tamamilə absurddur"
Mariya Zaxarova İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinin Xankəndidə keçirilməsində Qərbin barmağı olduğunu iddia edir. Özü də o bunu sammitdə Rusiyanın ekstremist elan etdiyi ukraynalı jurnalist Dmitri Qordonun iştirakı ilə izah edir.
Onun sözlərinə görə, Qordon Rusiyanın ekstremist və terrorçular reyestrindədir. Zaxarova onun xarici görünüşünü Qərbə ümid bağlayanlar üçün “qara ləkə” kimi qiymətləndirib.
Zaxarova Qordonu üzünə ələk kimi tutaraq sözünü Azərbaycana ünvanlamır ki?
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova söylədiyi fikirlərdə bir sıra yanlışlıqlara yol verir. Xüsusilə Brüsselin Cənubi Qafqaza müdaxilə etməsi bardə söylədiyi fikirlər artıq köhnəlib. Çünki artıq Azərbaycan Brüssel formatinda danışıqlarda iştirak etmir və bu danısıqlar çoxdan rəsmi Bakı üçün qəbuledilməz sayılıb. Bunları baki-xeber.com-a açıqlamasında siyasi şərhçi İlqar Hüseynov deyib.
Politoloq onu da əlavə etdi ki, ukraynalı jurnalust Dmitri Qordonla bağlı fikirlərə gəldikdə, o, bir jurnalistdir, ölkəsi haqqında fikirlərini dünya ictimaiyyətinə çatdırmağa çalışır: "Onun əsas fəaliyyəti jurnalustika ilə bağlıdır. III Şuşa Qlobal Media Forumuna da dünyanın hər yerindən jurnalistlər dəvət edilmişdi. Onlar həmişə olduğu kimi cənab prezidentə sual vermək imkanı qazandılar. Bu Forum hər il ənənəvi olaraq keçirilir. Bu il Dmitri Qordonun bu Forumda iştirak etməsi yalnız onun peşəsi ilə bağlıdır. Ola bilər ki, Rusiya ukraynalı jurnalisti ekstremist və terrorçular siyahısına daxil edib. Ancaq vurğulamaq istərdim ki, Azərbaycan da separatçılardan, terrorizmdən və ekstremizmdən əziyyət çəkən ölkələr sırasındadır. Ona görə də biz bu məsələlərə çox diqqətlə və həssaslıqla yanaşırıq. Lakin
Dmitri Qordon Şuşada jurnalust kimi iştirak edirdi və cənab prezidentə sual da ünvanladı.
Digər tərəfdən, Xankəndidə keçirilən ECO (İƏT) sammitinə Qərbin müdaxiləsindən danışmaq tamamilə absurddur. Bir tədbir media sahəsinə aiddir, digər tədbir isə iqtisadi fəaliyyətlə bağlıdır.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri olan İran, Pakistan, Türkiyə, Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın dövlət başçıları Azərbaycanın dilbər guşəsi, eyni zamanda, siyasi-strateji əhəmiyyətli bölgəsi olan Qarabağda - Xankəndidə bir araya gəldilər. Bu dövlətlərin siyahısına nəzər salan heç kəs burada Qərblə heç bir əlaqənin olmadığını dərhal görə bilir. Əksinə, bunlar Qərbin qərəzli siyasətindən və tətbiq etdiyi sanksiyalardan əziyyət çəkən dövlətlərdir.
Lakin Rusiya öz xarici siyasətində bütün uğursuzluqları Qərblə əlaqələndirir, hər bir işin altında Qərbin olduğunu zənn edir. Bu isə düzgün yanaşma sayıla bilməz".
Akif NƏSİRLİ