Elgiz Əkbər Bodrumda istirahətdə olarkən başına gələni danışıb.
Yenisabah.az axşam-a istinadla xəbər verir ki, aparıcı verilişində bir daha ora getməyəcəyini deyib.
Onun sözlərinə görə, beşulduzlu oteldə ondan əlavə ödəniş istəyiblər: Dördpendirli pizza
"Bodrumda 12-13 il əvvəl olmuşdum. Festival idi, həm çəkilişə, həm də istirahətə getdim. Ondan dincəldim. 2 il əvvəl də getdim. Amma həmin deyildi. Dedim ki, bir də Bodruma getmərəm.
Otelin qarşısında bağçada oturmuşam. Hər gün bir müğənni konsert verirdi. Bir gün də oturdum, qıza dedim ki, içki və çərəz gətir. Beşulduzlu oteldəyəm, səhər saat 10-da qapımı sındırırlar. Açmışam ki, qeydiyyatdakı qadın, deyir ki, borcunuz var, ödəyin. Aldım kağızı, dedim, ödəyərəm. Baxıram ki, 1250 lirə.
Əvvəl elə bildim səhvdir. Düşdüm ki, soruşum. Deyir, siz Meksika içkisi içmisiniz. Bir stəkan içkidir, qızıldır? Əsəbiləşdim. Deyirəm, sizdən içki istədim, soruşdun növünü?
Səhəri gün oturmuşam aşağıda. Gördüm bir alman qadın oturub, halı pisdir, otuzdurdum. Qışqırdım, biri gəldi. Təzyiq ölçür guya, getdi, yarım saata gəldi. Qadının təzyiqi 200-ə qalxıb. Necə etinasız yanaşırlar. Gəliblər ki, əvvəlcədən pul ödəsinlər. Qışqırdım ki, bunun gözünü dəyişəcəksən, ürək köçürəcəksən? Adamın 200 təzyiqi var, pul arxasındasan? Ondan sonra dedim ki, bir də ora getmərəm".
Telegram kanalımız