

“Şuşa və Xankəndidə aparılan yenidənqurma və abadlıq işlərinin dərin siyasi və mənəvi mənası var. Bu proseslər bir daha sübut edir ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə həyatın bərpa olunmasını təmin edir, burada sülhə, rifaha və birgəyaşayışa şərait yaradır. Ermənistan və erməni diasporunun illərdir yaydığı təbliğatın əksi olaraq Azərbaycanın azad etdiyi ərazilərdə quruculuq işləri aparması bu torpaqlara olan gerçək sahibliyin təsdiqidir. Bu həm də Ermənistana ünvanlanmış aydın mesajdır. Azərbaycan revanşizmə yox, sabitliyə, dağılmış bölgələri dirçəltməyə və gələcəyə baxır. Dünya erməniliyi və onların lokomotivi hesab edilən erməni diasporu bu illər ərzində Qarabağı Ermənistan ərazisi kimi tanıtmağa çalışsalar da, işğal müddətində şəhərlərə, kəndlərə göstərilən münasibət iddiaların təkzibi, işğalçı mahiyyətin təzahürüdür”. Deputat Azərbaycanın bu ərazilərdə həyata keçirdiyi strategiyanın əsas məqsədlərindən birinin də bu bölgələri siyasi mərkəzə çevirmək və beynəlxalq arenada legitimləşdirmək olduğunu, Ermənistanın real vəziyyəti qəbul etməsinin vacibliyini də vurğulayıb: “Azərbaycan isə bu torpaqların əsl sahibi olaraq Şuşanın, Xankəndinin ümumiyyətlə, işğaldan azad olunmuş torpaqların siyasi mərkəz kimi beynəlxalq arenada tanıdılması üçün müstəsna əhəmiyyətli işlər görür. Ona görə də Ermənistan mövcud reallıqları qəbul edərsə və konstruktiv mövqe sərgiləyərsə, qarşılıqlı münasibətlərin normallaşması üçün ciddi imkanlar yarana bilər. Azərbaycan regionda sülh, əməkdaşlıq və inklüziv inkişaf gündəliyini təşviq edən ölkə kimi öz liderlik mövqeyini daha da möhkəmləndirməkdir”. Millət vəkili Vüqar İskəndərov Metbuat.az-a açıqlamasında bildirib ki, sürətlə inkişaf edən Azərbaycanın 2020-ci il Vətən müharibəsində şanlı qələbəsi, sonrakı antiterror tədbirləri ilə suverenliyimizi tam bərpa etməsi qlobal arenada unikal bir ölkə olduğumuzu hamıya göstərdi:

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.