RU

Əhalinin kredit kartlarına marağı azalıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20 milyon 642 min ədəd təşkil edib.

Mərkəzi Bankdan News24.az-a verilən məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17.1% artıb, kredit kartlarının sayı isə 6.9% azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artıb.

2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 mln. manat təşkil edib.


Избранный
132
2
news24.az

10Источники