RU

Slovakiya səfirinin diplomatik fəaliyyəti başa çatdı – FOTO

  25 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Milan Layçakı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən Referans-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Slovakiya arasında mövcud əməkdaşlıq məsələləri, habelə regionda və dünyada hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Milan Layçaka Azərbaycanda fəaliyyəti müddətində Azərbaycan-Slovakiya ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub. Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı iki ölkə liderləri arasında baş tutan görüşün, habelə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində xarici işlər nazirləri arasında aparılan fikir mübadilələrinin faydalı olduğu diqqətə çatdırılıb.

 
İqtisadiyyat, ticarət, elm, mədəniyyət və s. sahələr üzrə əməkdaşlığın geniş perspektivlərlərinin mövcud olduğu, bu istiqamətdə qarşılıqlı fikir mübadilələri və fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Səfir Milan Layçak Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstək və səmimi qəbula görə təşəkkür edib, Azərbaycan-Slovakiya münasibətlərinin daha da inkişafı istiqamətində arzularını çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.  


68839029e684168839029e6842175345258568839029e683f68839029e6840 6883902a9bb706883902a9bb7117534525856883902a9bb6b6883902a9bb6e

Избранный
73
14
referans.az

10Источники